Rusiya Çinə Tayvana hücuma hazırlaşmağa kömək edir..?

26 Sentyabr 2025 19:16 (UTC+04:00)

Rusiya Federasiyası Çinə Tayvana hücuma hazırlaşmağa kömək edir. Bura hərbi texnikanın satışı və Çin hava-desant qoşunları üçün irimiqyaslı təlimlər daxildir.

SİA xəbər verir ki, bu barədə “The Washington Post”a istinadən RBC-Ukrayna məlumat yayıb.

Xüsusilə Britaniyanın Royal United Services Institute (RUSI) analitik mərkəzi tərəfindən müstəqil şəkildə yoxlanılan sənədlər Moskva və Pekin arasında müttəfiqliyin dərinləşdiyini göstərir.

Rusiya öz döyüş təcrübəsindən istifadə edərək, Çinin hava-desant bölmələrini öyrədir və onlara zirehli texnikanı havadan atmağı öyrədir.

Təhlilçilər hesab edirlər ki, bu, Pekinin Tayvanı ələ keçirmək qabiliyyətini gücləndirəcək..?

Əli Babayev