Xroniki ağrılardan qorunmağın sadə yolu...

26 Sentyabr 2025 23:45 (UTC+04:00)

...Musiqi təcrübəsi kimi müntəzəm motor məşqləri beyni və bədəni xroniki ağrının təsirindən qoruya bilər.

SİA xəbər verir ki, bu, PAIN jurnalında araşdırma dərc edən Aalborg Universiteti və Heidelberg Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir.

Alimlər musiqiçilərin və musiqi təhsili olmayan insanların qol əzələlərində simulyasiya edilmiş, uzunmüddətli ağrı zamanı beyin reaksiyalarını müqayisə ediblər.

İştirakçılara bir neçə gün ərzində diskomfort yaradan sinir böyümə faktoru yeridildi və transkranial maqnit stimulyasiyasından istifadə etməklə kortikomotor əlaqələrin fəaliyyəti izlənib.

Məlum olub ki, musiqiçilərin ağrıları beynin "motor xəritəsi"ndə daha az pozulmalara səbəb və nəzarət qrupuna nisbətən daha az ifadə olunub.

Müəlliflər bunu illərlə məşq zamanı inkişaf edən beyin plastikliyi ilə əlaqələndirirlər - bu təcrübə sinir sistemini stress və ağrıya daha davamlı edir.

Tədqiqatçıların fikrincə, məlumatlar yeni reabilitasiya üsullarının inkişafı üçün perspektivlər açır: təkrarlanan hərəkətlər və motor məşqləri xroniki ağrıların intensivliyini azalda və funksiyanı bərpa etməyə kömək edə bilər.

Əvvəllər elm adamları şən və yumşaq musiqinin hərəkət xəstəliyinin əlamətlərini azaltdığını, kədərli musiqinin isə az təsir göstərdiyini sübut etmişdilər.

Nazlı Almuradova