Rutte: NATO ölkələri Rusiyanı sərhədi pozan təyyarələrini vurmalıdır…

26 Sentyabr 2025 20:25 (UTC+04:00)

...NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, üzv ölkələr “lazım gələrsə” rusiyalı müdaxiləçiləri vurmalıdır.

SİA-nın məlumatına görə, bu barədə The Times yazır.

Vaşinqtonda danışan Rutte bildirib ki, o, Trampın müttəfiqləri güclə müdaxilələrə cavab verməyə çağıran bəyanatı ilə tam razıdır.

Baş katib qeyd edib ki, NATO qüvvələri müdaxilə edən hər bir təyyarənin ciddi təhlükə törətdiyini müəyyən etmək üçün kifayət qədər hazırdır.

…Alyansın qüvvələri kifayət qədər hazırlıqlı və təlim keçib ki, hər bir müdaxilə edən təyyarə ciddi təhdid hesab edilərək zərərsizləşdirilib, yoxsa təxribat hesab edilərək sərhəddən geri göndərilsin, - o əlavə edib.

Həmçinin, Hollandiyanın baş naziri Dik Şof Bloomberg-ə müsahibəsində NATO üzvlərinin gələcəkdə Alyansın hava məkanını pozduğuna görə Rusiya təyyarəsini vura biləcəyi ehtimalını təsdiqləyib.

…Ruslar bilməlidirlər ki, NATO hava məkanına daxil olarsa, bu baş verə bilər", - Sof belə hərəkətləri "ciddi pozuntu" adlandırıb.

…Hər şey rusların ehtiyatsız hərəkətləri ilə başlayır və təbii ki, onlar riskə gedirlər. Və təbii ki, NATO komandirləri necə cavab verəcəklərinə qərar verirlər.

Qeyd etdiyimiz kimi, bunu Hollandiyalı siyasətçi bildirib.

Əli Babayev