DİQQƏT: 6 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

26 Sentyabr 2025 17:01 (UTC+04:00)

III MDB Oyunlarının açılış mərasimi ilə əlaqədar sentyabrın 28-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək. Bu barədə SİA-yaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, məhdudiyyət səbəbindən bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Heydər Əliyev prospektində fəaliyyət göstərən 1, 4 və 8 nömrəli, eləcə də Atatürk prospektindən keçən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Üzeyir Hacıbəyli küçəsi ilə təşkil ediləcək.

12 nömrəli marşrutun son dayanacaq məntəqəsi Bilal Qəhrəmanov küçəsi təyin ediləcək.