Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib – YENİLƏNİB/FOTOLAR

26 Sentyabr 2025 15:51 (UTC+04:00)

Sentyabrın 26-da Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında VIII Respublika Robot Olimpiadasının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında 3 gün davam edən Olimpiadada 4 kateqoriya üzrə 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya üzrə - “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” yarışacaqlar.

Ümumilikdə bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Komandaların hazırlıq səviyyəsinin monitorinqindən sonra 153 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalardan seçilmiş 50 iştirakçı və 20 təlimçi üçün “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” tərəfindən layihələrini inkişaf etdirmələri üçün təlimlər təşkil olunub.

Qeyd edək ki, VIII Respublika Robot Olimpiadasında qalib olmuş komandalar 26-28 noyabr 2025-ci il tarixlərdə Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.