Bu il 195 nəfər şəhid və qazı ailələrinin üzvləri ali məktəblərə qəbul olub

26 Sentyabr 2025 14:52 (UTC+04:00)

Bu il 195 nəfər şəhid və qazı ailələrinin üzvləri ali məktəblərə qəbul olub. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Peşə seçimi” alətinin təqdimat mərasimində deyib. O bildirib ki, həmin abituriyentlərdən 49-u 500-dən yuxarı, 9 nəfəri isə 600-dən yuxarı bal toplayıb.