“Sabah”ın legioner futbolçusu əməliyyat olunub

26 Sentyabr 2025 14:44 (UTC+04:00)

“Sabah” klubunun futbolçusu Zinəddin Uld Xaled əməliyyat olunub. Klubdan SİA-ya verilən məlumata görə, fransalı yarımmüdafiəçi ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.

Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Zinəddin Uld Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.