MDB Oyunları: Azərbaycanın stolüstü tennis komandası Özbəkistana qalib gələrək finala yüksəlib

26 Sentyabr 2025 13:51 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis yarışlarına start verilib. SİA xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda qadınlardan ibarət Azərbaycan və Özbəkistan komandaları yarımfinalda üz-üzə gəliblər.

Azərbaycan millisi rəqibini 2:1 hesabı ilə üstələyib. Yığma finalda Rusiya seçməsi ilə qarşılaşacaq.

Bu gün, həmçinin kişilərin mübarizəsində Azərbaycan komandası 1/4 finalda Özbəkistanı sınağa çəkəcək. Yarış saat 15:30-da start götürəcək.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.