Oğuzda fıstıq ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

26 Sentyabr 2025 13:29 (UTC+04:00)

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq ağaclarının kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.