Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb. SİA xəbər verir ki, o, qadın həndbolçular arasında Avropa Kubokunun III mərhələsində Polşanın “Start Elblaq” və Türkiyənin “Trabzon Ortahisar” komandaları arasında keçiriləcək hər iki oyunda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 27 və 29-da Trabzonun "Beşirli Tenis” İdman Kompleksində baş tutacaq qarşılaşmaları serbiyalı hakimlər briqadası idarə edəcək.