Əfsanəvi futbolçu karyerasını bitirdiyini elan etdi

26 Sentyabr 2025 10:33 (UTC+04:00)

Əfsanəvi yarımmüdafiəçi Serxio Buskets futbolçu karyerasını başa vurduğunu açıqlayıb. SİA xəbər verir ki, “İnter Mayami”nin oyunçusu sosial şəbəkədə paylaşım edərək vida sözlərini səsləndirib: “Hamıya və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olacaqsınız”, – deyə Buskets yazıb.

O əlavə edib ki, meydanda daha bir ay çıxış edəcək.

37 yaşlı futbolçunun ABŞ klubu ilə müqaviləsi MLS mövsümünün sonuna qədər qüvvədədir.

Buskets “Barselona”nın yetirməsidir və 2023-cü ilə qədər kataloniyalıların heyətində çıxış edib. Onun kolleksiyasında 9 La Liqa çempionluğu, 7 İspaniya Kuboku və Superkuboku, 3 Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğu var. Millidə isə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.