Hollandiyanın baş naziri Rusiyaya xəbərdarlıq edib...

26 Sentyabr 2025 10:27 (UTC+04:00)

Hollandiyanın baş naziri Dik Şof NATO-nun Rusiya təyyarələri alyans ölkələrinin hava məkanını pozacağı təqdirdə onları vurmağa hazır olduğunu təsdiqləyib.

SİA-nın məlumatına görə,Bloomberg onun sözlərini sitat gətirir.

...Ruslar başa düşməlidirlər ki, NATO-nun hava məkanını pozsalar, bu, baş verə bilər. Bu, ciddi pozuntudur, - deyə o, jurnalistin sualına cavab verib.

Sof vurğulayıb ki, NATO belə bir hadisəyə “uyğun hesab etdiyi kimi” cavab verəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, NATO ölkələri alyansın hava məkanını pozarsa, Rusiya təyyarələrini vurmalıdır.

Əli Babayev