Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək

26 Sentyabr 2025 10:19 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək. SİA-nın məlumatına görə, günün yeganə matçında son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.