"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb

26 Sentyabr 2025 09:32 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,34% azalaraq 3,221 BŞ dolları təşkil edib.