Kirkorov məhkəməyə verildi

26 Sentyabr 2025 08:40 (UTC+04:00)

Filipp Kirkorov kredit borcuna görə məhkəməyə verilib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçiyə qarşı qaldırılan iddiada bildirilib ki, 2020-ci ildə müğənni fərdi şərtlərlə kredit götürüb, lakin krediti tam ödəməyib. Şirkət məhkəmədə Kirkorovdan ödənilməmiş kredit borcunu tələb edir. Məhkəmə baxışı 2025-ci il oktyabrın 13-nə təyin edilib