ABŞ oktyabrın 1-dən etibarən Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı sanksiya tətbiq edəcək. SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. “Birləşmiş Ştatlar NIS-ə qarşı sanksiyaları növbəti dəfə cəmi 4 gün daha təxirə salıb. Sanksiyaların tətbiq edilməməsinin müddəti sentyabrın 27-dən oktyabrın 1-nə qədər uzadılıb. Ona görə də oktyabrın 1-dən etibarən NIS-ə qarşı sanksiyalar tətbiq olunacaq”, - deyə o qeyd edib.