Prezident sülh prosesinə dəstəyinə görə Trampa təşəkkür edib

25 Sentyabr 2025 21:00 (UTC+04:00)
Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.