İlham Əliyev Antonio Quterreş ilə görüşüb -YENİLƏNƏCƏK

25 Sentyabr 2025 18:47 (UTC+04:00)

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzaladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.