…İnsingendə fərdi satıcı 1950-ci ildə istehsal olunmuş sovet QAZ M20 "Pobeda" sedanını hərraca çıxarıb.
İstənilən qiymət 30,330 avrodur, lakin sahibi qiymətlə razılaşmağa hazırdır.
SİA-nın məlumatına görə, avtomobil 70 ildən çox tarixində cəmi 330 km qət edib.
Bu, 52 at gücü hasil edən 2,2 litrlik mühərriklə təchiz edilmiş, altı sərnişin üçün oturacaq olan 5 qapılı universaldır. O, üç pilləli mexaniki transmissiya və arxa ötürücü ilə təchiz olunub.
Eksteryer və interyer qəhvəyi rəngdə, interyer isə məxmərlə üzlənmişdir.
Sahibi Viktor avtomobilin yaxşı vəziyyətdə olduğuna və orijinal nömrələri ilə Almaniyada qeydiyyata alınmağa hazır olduğuna zəmanət verir.
Bu model kolleksiyaçıların xüsusi marağına səbəb olur. Bununla belə, yüksək qiymət alıcılar üçün maneə ola bilər.
Nazlı Almuradova