Elm və təhsil nazirinin Gədəbəydə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

25 Sentyabr 2025 14:36 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayevin sentyabrın 26-da Gədəbəy şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.