Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

25 Sentyabr 2025 13:37 (UTC+04:00)

Artan sərnişin tələbatını qarşılamaq üçün 29 sentyabrdan başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) SİA-ya bildirilib ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.