Mərkəzi Bankda sorğu təqdimatı keçirilir – YENİLƏNİR/FOTOLAR

25 Sentyabr 2025 11:05 (UTC+04:00)

Mərkəzi Bankda "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov, Mətbuat katibi Namiq Əliyev, həmçinin media nümayəndələri iştirak edirlər.

Sorğu ev təsərrüfatlarının maliyyə davranışlarını, gələcək planlarını və iqtisadi gözləntilərini öyrənmək məqsədi daşıyır.