Nyu-York birjasında təbii qaz bahalaşıb

25 Sentyabr 2025 10:05 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,1% artaraq 3,153 BŞ dolları təşkil edib.