Ceyhun Bayramov BQXK prezidenti ilə görüşdü

25 Sentyabr 2025 02:21 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Mirjana Spoljaric ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub. C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.