Prezident İlham Əliyevin Nyu-Yorka səfəri çərçivəsində qarşı tərəflərin təşəbbüsləri ilə bir sıra vacib görüşlər keçirilib. Bu baxımdan dünyada alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlər olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone”un rəhbərləri ilə görüş xüsusi əhəmiyyətə malikdir.
Qeyd etməliyik ki, Azərbaycan bu gün investisiya cəlbediciliyi ilə diqqətdədir və sadaladığımız hər üç şirkət dünyanın ən böyük maliyyə qurumları hesab olunur.
SİA-nın məlumatına görə, AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.