Həkim ən çox yayılmış təhlükəli xəstəliyin adını çəkir...

24 Sentyabr 2025 21:25 (UTC+04:00)

...Həkim və teleaparıcı Aleksandr Myasnikov ən çox yayılmış təhlükəli xəstəliyin adını çəkib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Ən önəmlisi haqqında” verilişində danışıb.

Həkimin sözlərinə görə, xlamidiya dünyada ən çox yayılmış yoluxucu xəstəlikdir.

O, bu xəstəliyin sonsuzluğa, orqan iltihabına, damarların zədələnməsinə, ürək xəstəliklərinə səbəb olduğunu da izah edib.

Üstəlik, xəstəlik tez-tez asemptomatikdir, buna görə Myasnikov həkimə daha tez-tez müayinə etməyi tövsiyə edib. ...Bu, dünyada ən çox yayılmış yoluxucu xəstəlikdir. Milyonlarla insan bundan əziyyət çəkir. Sonsuzluq və çanaq orqanlarının iltihabının əsas səbəbi budur.

Əli Babayev