"Barselona"nın baş məşqçisi Hans-Diter Flik PSJ-nin oyunçusu Usman Dembelenin "Qızıl top"u qazanması haqda danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin hücumçusu Lamin Yamal da namizədlər siyahısında olsa da, mükafata Paris klubunun futbolçusu sahib çıxıb.
Flik isə bu barədə deyib: "Dembele gələcək illər üçün motivasiyalıdır. O, qalib gəlməyə layiq idi. Lamin də bunu qəbul edir. O, yaxşı olduğunu sübut etməyə hazırdır. Yamal həm bu mövsüm, həm də sonrakı mövsümlərdə bacardığı hər şeyi göstərmək istəyir".
Qeyd edək ki, 18 yaşlı forvard "Qızıl top"un səsverməsində 2-ci olub.