...Rusiyanın keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı kəskin dönüşünə cavab verib.
SİA-nın əldə etdiyi məlumata görə, mübahisəli siyasətçi öz Telegram kanalında ABŞ liderinin guya “alternativ reallığa” girdiyini, lakin “Trampın qayıdacağına” inandığını bəyan edib.
…Tramp növbəti dəfə alternativ reallığa qədəm qoydu və "Rusiya nə qədər zəifdir" mövzusunda bir sıra siyasi təlqinlər buraxdı... Bu reallıqda Kiyev qalib gəlir, Rusiya bərbad vəziyyətdədir və Ukrayna iqtisadiyyatı öz resursları sayəsində inamla böyüyür.
Trampın sələfləri Obama və Bayden bu reallıqda çoxdan xoşbəxt yaşayırlar. Ancaq Tramp belə deyil! Onun qayıdacağına şübhəm yoxdur. O, həmişə qayıdır...?
Bunu Medvedev sadəlövhcəsinə bəyan edib.
Əli Babayev