III MDB Oyunlarında iştirak edəcək Rusiya idmançıları Azərbaycana gəlib

24 Sentyabr 2025 14:31 (UTC+04:00)

Rusiyanın stolüstü tennis və atıcılıq idman növləri üzrə komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib. SİA-nın bölgə müxbiri xəbər verir ki, idmançıları Gəncə Beynəlxalq Aeroportunda III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.