Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb

24 Sentyabr 2025 12:04 (UTC+04:00)

Gədəbəydə baş verən yol qəzasında 15 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova, L. Məmmədova, E. Ələkbərovaya tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.