Polis təxliyə tədbirlərində iştirak edir - DİN

24 Sentyabr 2025 10:33 (UTC+04:00)

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan birində yanğınla əlaqədar polis təxliyə tədbirlərində iştirak edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınla bağlı ən mühüm vəzifələrdən biri – insanların təxliyəsi (evakuasiyası) polis əməkdaşlarının fəallığı ilə həyata keçirilir.

Onlar sakinlərin həyatının təhlükədən qorunması və vəziyyətin nəzarətdə saxlanılması üçün zəruri addımlar atırlar.