Nəsimi rayonunda çoxmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

24 Sentyabr 2025 09:43 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Nazirlikdən SİA-ya bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.