Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

24 Sentyabr 2025 09:27 (UTC+04:00)

Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq. "Azəriqaz"dan " SİA-ya verilən məlumata görə, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin “Hacı Seyfəl” orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı 24.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.