Azərbaycan-Ermənistan məsələsinin həllinə səbəb olan Trampdır

23 Sentyabr 2025 20:19 (UTC+04:00)

Düşünürəm ki, Prezident Tramp sülh təkliflərinə və sülh təşəbbüslərinə dünyada hər kəsdən daha çox vaxt, enerji sərf edib və o, dünyada böyük uğur qazanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Marko Rubio Nyu-Yorkda “Fox and Friends” verilişinə müsahibəsində deyib.

“Unutmayaq ki, Konqo ilə Ruanda arasında müharibə gedirdi, buna vasitəçilik edən Prezidentdir. Azərbaycan-Ermənistan məsələsinin həllinə də səbəb olan Prezidentdir. Tailand və Kamboca, Hindistan və Pakistan – onlar arasında münaqişələrə son qoyan Prezidentdir. Bu, son bir neçə ayda baş verənlər arasında cəmi dörd nümunədir. Bunu edən Prezidentdir, dünyanın heç bir Lideri və ya BMT deyil”, - deyə Rubio bildirib.