Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina partlayışı baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd olunub ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.