61 yaşlı rus hərbçisi əsir götürülüb...

23 Sentyabr 2025 19:52 (UTC+04:00)

...Ukraynanın 105-ci Sərhəd Dəstəsinin çevik reaksiya sərhəd komendantlığının sərhədçiləri Pokrovsk yaxınlığında Rusiya ordusunun 61 yaşlı hərbçisini əsir götürüblər.

SİA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bu adam bütün həyatı boyu mülki peşələrdə çalışıb və ordu ilə heç bir əlaqəsi olmayıb.

Yaşına və səhhətindəki problemlərə baxmayaraq, o, 2025-ci ilin mayında Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukrayna mövqelərinə hücum etmək üçün səfərbər edilib.

Sərhədçilərin dediyinə görə, o, təslim olanda avtomat tüfəngi, dörd dolu patronu və az miqdarda ərzaq ehtiyatı olub.

Məhbus etiraf edib ki, Putin Ukraynaya qarşı müharibəyə başlayıb və həmvətənlərini cəbhəyə getməməyə, Ukraynaya öz gələcəyini təyin etməyə imkan verməyə çağırıb. ...Ukraynalı sərhədçilər Kremlin faktiki olaraq ölümə məhkum etdiyi şəxsin həyatını xilas ediblər.

Dövlət Sərhəd Xidməti qeyd edib.

Əli Babayev