Çexiyalı biatlonçu 19 yaşında dünyasını dəyişib

23 Sentyabr 2025 19:14 (UTC+04:00)

Çexiyalı biatlonçu Yan Vanha 19 yaşında dünyasını dəyişib.

SIA xarici mətbuata istinadən xəbər verir ki, yolda velosiped sürərkən idmançını avtomobil vurub.

Hadisə Pardubitse vilayətinin Krouna kəndi yaxınlığında baş verib.

Qəzanın səbəbləri araşdırılır.