“Ədəb-ərkan qaydaları, tərbiyə, namus kimi anlayışlar bütün insanlar üçün eyni mənanı daşımalıdır. Qadının həyalı, kişinin isə tam əksi olmasından söhbət gedə bilməz. Qadının, kişinin də həyalı və namuslusu məqbuldur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, sözügedən anlayışlar insanı insan olaraq formalaşdıran anlayışlardır: “Bir insana həyalı olub, qarşı cinsə “həyasız” olmaq üçün fürsətlər yaratmaq doğru hal deyil. Cəmiyyət qaydalarına görə bu cür vəziyyətlər qəbuledilməzdir. Qadın həyalı olub “həyasız” insanların cəmiyyətində yaşayırsa bunun bir mənası qalmır. Eyni həyalı kişinin “həyasız” qadınlar arasında olması da ədəb-ərkandan uzaq cəmiyyət formalaşdırır. Odur ki, ədəb-ərkan, namus kimi dəyərlər bütün insanlar üçün eyni dərəcədə əhəmiyyət daşımalıdır.
Kişinin tərbiyəlisi, həyalısı olmaz deyə anlayış yoxdur. Eyni dərəcə də kişi də, qadın da əxlaqlı davranmağı yaşadıqları cəmiyyətə borcludurlar. Tərbiyəsiz insanların cəmiyyətində kişi də olsan, qadın da olsan eyni reaksiyanı görəcəksən. Buna görə də hər iki cins üçün sözügedən anlayışlar əhəmiyyətlidir”.