NATO kosmik kəşfiyyat əməliyyatlarına 728 milyon dollar ayıracaq...

23 Sentyabr 2025 20:24 (UTC+04:00)

...Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) kosmik kəşfiyyat əməliyyatlarının aparılması üçün 728 milyon dollar ayırmağa qərar verib.

SİA-nın məlumatına görə, bu barədə NATO-nun Müttəfiq Kosmik Komandanlığının polkovniki Conatan Uitaker bazar ertəsi Breaking Defence-ə bildirib.

Onun sözlərinə görə, ayrılan vəsait Alyansın Kosmik Əməliyyatlar Mərkəzinin "imkanlarını inkişaf etdirmək" üçün istifadə olunacaq.

Bura “kosmosda mövcud vəziyyət, kəşfiyyat, müşahidə və kosmosda kəşfiyyat” ilə bağlı xüsusi məlumat arxivinin yaradılması daxildir.
Proqram üçün məlumatlar NATO üzvü olan 19 ölkənin peykləri vasitəsilə təmin ediləcək.

Onun 2026-cı il yanvarın 1-də fəaliyyətə başlaması gözlənilir.

Əli Babayev