Qubada ayılar kəndə hücum etdi

23 Sentyabr 2025 11:04 (UTC+04:00)

Qubanın Xanagah və Səbətlər kəndləri ayıların hücumuna məruz qalıb. SİA xəbər verir ki, gecə saatlarında ayılar təsərrüfatlara hücum ediblər. Ayılar Səbətlər kəndində 2 baş iribuynuzlu mal-qaranı parçalayıblar. Xanagah kəndində də bir baş iribunuzlu heyvanı parçalayıb, bir neçəsinə xəsarət yetiriblər.