Konstantinovkanın cənubunda şiddətli döyüşlər gedir

23 Sentyabr 2025 08:06 (UTC+04:00)

Donetsk vilayətinin Konstantinovka şəhərinin cənubunda şiddətli döyüşlər gedir. SİA xəbər verir ki, bu barədə ukraynalı mayor Vitali Pyasetski bildirib. O qeyd edib ki, itkilərə və maddi-texniki təchizat, silah-sursat, yanacaq və sürtkü materialları ilə bağlı problemlərə baxmayaraq, düşmən hücumunu davam etdirir: "Hazırda briqada əks-hücum hərəkətləri reallaşdırmır. Biz müharibə qaydalarını pozmaqla və hərbi cinayətlər törətməklə fərqlənmiş rus bölmələrinə qarşı müdafiə döyüşləri aparırıq”.