Qax sakini ağacdan yıxılaraq ölüb

22 Sentyabr 2025 18:57 (UTC+04:00)

Qax rayonunun Çinarlı kəndində ağacdan qoz çırpan adam ehtiyatsızlığın qurbanı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 57 yaşlı Nizami Şəkərəliyev Çinarlı kəndindəki təsərrüfatında qoz çırpmaq üçün ağaca çıxıb. O, bu zaman ehtiyatsızlıq edib və ağacdan yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. N.Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.