Kubanda sərnişin qatarı yanıb...

22 Sentyabr 2025 18:14 (UTC+04:00)

...Krasnodar və Starominskaya arasında hərəkət edən 6702 nömrəli şəhərətrafı qatarın iki vaqonu Şimali Qafqaz Dəmir Yolunun stansiyaları arasında yanıb.

SİA-nın məlumatına görə, "Kommersant.Kuban" Şimali Qafqaz Dəmiryolunun mətbuat xidmətinə istinadən xəbər verir ki, vaqonlardan 56 sərnişin təxliyə edilib.

Hadisə bazar ertəsi, sentyabrın 22-də Derevyankovka və Albaşı stansiyaları arasında baş verib.

Yanğından əvvəl güc artımı baş verib.

Kaluqa vilayətində üç qatar vaqonu relsdən çıxıb.

...Krasnodar diyarının Kanevski rayonunda Krasnodar-Starominskaya şəhərətrafı qatarda yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, - vilayət nəqliyyat prokurorluğundan aydınlıq gətirilib.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürən qatarı göndərilib. Yanğın tez bir zamanda söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərətrafı qatarda olan 3 vaqon yanıb, ümumi sahəsi 200 kvadratmetr olan yanğın baş verib.

Hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.

Əli Babayev