...SİA-nın məlumatına görə, Cosmo xəbər verir ki, supermodel Bella Hadid səhhətindəki problemlərə görə bir aydır ki, xəstəxanadadır.
Onun anası, keçmiş model Yolanda Hadid bu yaxınlarda Bellanın IV və dializ avadanlıqlarının yanında yatdığı xəstəxanadan ürək ağrıdan fotolar paylaşıb.
Rəsmi mənbələr modelin 2012-ci ildə diaqnozu qoyulmuş xroniki Lyme xəstəliyindən əziyyət çəkdiyini bildirir.
Lakin bir çox pərəstişkarları bu nəzəriyyə ilə razılaşmır və daha ciddi sağlamlıq problemləri ilə bağlı fərziyyələr irəli sürürlər.
Fanatların fikrincə, Bellanın simptomları Lyme xəstəliyi ilə deyil, uzun müddətli iştahsızlığın səbəb olduğu mümkün böyrək ağırlaşmaları ilə əlaqəli ola bilər.
...Sosial media istifadəçilərindən biri "onun simptomlarının çoxunun çox arıq olması ilə əlaqəli olduğunu" söyləyib və əlavə edib ki, anası Yolanda Bellanı bunun xroniki xəstəliyin nəticələri olduğuna inandırır.
Bu nöqteyi-nəzər bir çox digər abunəçilər arasında dəstək tapıb, ilk növbədə Bella və Cigi Hadidin anası yemək pozğunluğu ilə həmsərhəd olan radikal arıqlama üsulları və vərdişləri ilə tanınır.
Bu arada, Lyme xəstəliyinin özü tibb mütəxəssisləri arasında mübahisələrə səbəb olmağa davam edir: bəzi ekspertlər onun xroniki olduğunu etiraf edir, digərləri isə qəti şəkildə inkar edir.
Yeri gəlmişkən, Yolanda Hadid də qızı kimi hərəkətləri və açıqlamalarına görə dəfələrlə tənqid atəşinə tutulub. Keçmişdə o, "The Real Housewives of Beverly Hills" verilişində göründüyü zaman xəstəliyini saxtalaşdırmaqda ittiham olunurdu.
Bella yalan danışmaqda anasının arxasınca gedir, yoxsa bu, təsadüfdür?
...Və bir də yeri gəlmişkən, Bella Hadid Fələstin-Hollandiya əsilli amerikalı supermodeldir. O, Dior və Bulgari moda evlərinin səfiri və daimi simasıdır. Dünyanın ən məşhur və ən çox qazanan modellərindən biridir.
Nazlı Almuradova