Xaçmaz Dövlət Peşə Mərkəzinin tələbəsinə qayçı ilə xəsarətlər yetirilib. SİA-nın bölgə müxbiri xəbər verir, liseyin 3-cü kurs tələbəsi, Xaçmaz rayonunun Yalama kənd sakini Eldar Bəyazəddin oğlu Şıxbabayev tənəffüs vaxtı liseyin yaxınlığındakı parkda qayçı ilə vurulub. Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, E.Şıxbabayevə xəsarətlər yetirən adıçəkilən mərkəzin tələbəsi, Xaçmaz şəhər sakini Elnur Şahin oğlu Mirzəyevdir. E. Mirzəyev liseydə 2-ci kursda dərzi qrupunda təhsil alır. O, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.