Azərbaycan paraüzgüçüsü dünya çempionatında ikinci medalını qazanıb

22 Sentyabr 2025 15:47 (UTC+04:00)

Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında bürünc medal qazanıb. SİA xəbər verir ki, o, yarışın ikinci günündə 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda fərqlənib. Finişə 58,17 saniyəlik nəticə ilə üçüncü çatan idmançı bürünc medal əldə edib.

Roman Saley ötən gün 100 metr məsafəyə arxası üstə üzmə yarışında dünya çempionu olub.