“Ukraynada seçkilərin əhəmiyyəti yoxdur…”

22 Sentyabr 2025 20:25 (UTC+04:00)

Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə görə, hazırkı vəziyyətdə prezident seçkilərinin keçirilməsi prioritet deyil. SİA xəbər verir ki, bu barədə Ali Radanın deputatına istinadən “Ukrayinska pravda” məlumat yayıb.

Parlament üzvü Zelenskiyə istinadən bildirib ki, seçki məsələsi ilk növbədə müxalifət qüvvələrini narahat edir. Cəmiyyətin qalan hissəsi üçün, prezidentin sözlərinə görə, hərbi münaqişəyə son qoymaq indi daha vacibdir.

Radanın digər deputatı Zelenskiyə istinad edərək bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki uğursuzluqları Ukrayna hakimiyyətini seçkilərin keçirilməsi ehtimalını şərh edərkən “çətin qərarlar” qəbul etməyə məcbur edə bilər.

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Zelenski “Xalqın qulluqçusu” fraksiyasının üzvləri ilə bağlı qapılar arxasında görüş keçirib.

Bu görüşdən sonra deputatlardan biri hazırkı şəraitdə ölkədə seçkilərin keçirilməsinin qeyri-mümkün olduğunu bəyan edib. Əli Babayev