BDU-ya 600-dən yuxarı balla qəbul olunanların 55 nəfəri təhsil ixtisasını seçib

22 Sentyabr 2025 14:46 (UTC+04:00)

2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı balla qəbul olunanların 55-i, 500-dən yuxarı bal toplayanların isə 348 nəfəri təhsil ixtisasını seçib. BDU-dan SİA-ya bildirilib ki, son illər yüksək bal ilə BDU-ya qəbul olunanlar arasında təhsil ixtisasına tələbat artıb.