"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcəyi qeyd olunub.