“Qızıl top” bu gün sahibini tapacaq

22 Sentyabr 2025 12:58 (UTC+04:00)

“Qızıl top” (Ballon d’OR) mükafatı bu gün sahibini tapacaq. SİA xəbər verir ki, mükafatlandırma mərasimi bu gün Fransanın paytaxtı Parisdə baş tutacaq. Qalibə mükafatı əfsanəvi futbolçu Ronaldinyo təqdim edəcək. Müakafatın namizədləri arasında 4 futbolçunun adı daha çox ön plana çəkilir. Bunlar PSJ-dən Usman Dembele, “Liverpul”dan Məhəmməd Salah, “Barselona”dan isə Rafinya və Lamin Yamaldır.